Moldova "Qazprom"la borc mübahisəsini bu şərtlərlə həll etmək istəyir


Moldova hakimiyyəti “Qazprom”a 709 milyon dollar məbləğində borcla bağlı mübahisəni həll etməyi və vəziyyəti 153,57 milyon dollarla həll etməyi təklif edib.


Bu barədə “Kommersant” müvafiq dövlət sənədlərinə istinadən xəbər verib.

Kişinyovun Rusiya şirkətinə təklif etdiyi "barışıq sazişi"ndə bunlar əksini tapıb: “Qazprom” “Moldovaqaz”ın bütün borclarını silir, Kişinyov isə tarifdən yayınmaya görə kompensasiya olaraq 153,57 milyon dollar ödəyir və tədarükün azalması ilə bağlı məhkəmə çəkişmələrinin olmamasına zəmanət verir.

Nəşr qeyd edir ki, Moldova Energetika Nazirliyi sorğuya cavab verməyib, “Qazprom” müvafiq layihəni aldığını təsdiqləyib, lakin onların buna baxmağa hazır olub-olmadığını açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu