Ukrayna XİN: Kiyev və Vaşinqton danışıqların daha bir raundunu keçirə bilər

Ukrayna və ABŞ danışıqlar prosesini davam etdirəcək, lakin yeni görüşlərin tarixləri hələ müəyyən edilməyib.
AFN.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin bildirib
"Biz əminik ki, proses davam edəcək və daha çox görüşlər olacaq. Amma hələlik dəqiq tarix deyə bilmərəm. Amma yenə də əminik ki, bu proses davam edəcək", - deyə o, brifinq zamanı "RBC-Ukrayna"nın sualını cavablandırarkən qeyd edib.
Qeyd edək ki, ABŞ və Ukrayna arasında sonuncu görüş martın 23-ü axşam Ər-Riyadda olub.