Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq və yenidən qurmaq yolundadır


Kremlin sözçüsü Dmitriy Peskov Rusiya və ABŞ-ın münasibətlərin yaxşılaşdırılması və yenidən qurulması yolunun başlanğıcında olduğunu bildirib və işin davam etdiyini deyib.



Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putinin aprelin 12-də Sankt-Peterburqda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşdüyünü xatırladan Peskov bu cür görüşlərin faydalı və təsirli olduğunu vurğulayıb.

Sözügedən görüşdə Putin və Tramp arasında gələcək görüş mövzusunun ətraflı müzakirə edilmədiyini bildirən Peskov, "Təmaslarda müzakirə olunan məsələlər ciddidir. Ona görə də onlardan dərhal nəticə gözləmək yanlışdır. İşimiz davam edir" deyib.

Trampın ABŞ-ın keçmiş prezidenti Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 1 il müddətinə uzatma qərarını dəyərləndirən Peskov, "Başqa bir qərar gözləmirdik. Bunlar avtomatik əməliyyatlardır. İkitərəfli əlaqələrin yaxşılaşdırılması və yenidən qurulması yolunun başlanğıcındayıq. Ona görə də bu mövzuda böyük gözləntilərimiz yoxdur" bildirib.

Avropanın Ukrayna böhranına yanaşması ilə bağlı mətbuat katibi Peskov "Ukrayna böhranı ilə bağlı dinc danışıqlar yolları tapmaq niyyətində deyil, ancaq müharibəni daha da qızışdırmağa yönəlmiş bir yanaşma var" deyib.

Peskov Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası imkanlarını da dəyərləndirib və bu istiqamətdə addımlar atmağa hazır olduqlarını bildirib.

Rusiya-Ukrayna arasında mümkün atəşkəs halında Qara dənizin təhlükəsizliyi ilə bağlı 15-16 aprel tarixlərində Türkiyədə keçiriləcək toplantıya Rusiyanın qatılacağı ilə bağlı bəzi mətbuat orqanlarında yer alan iddiaları dəyərləndirən Peskov "Bu mövzuda şərh verə bilmərəm. Təsdiq edə bilmərəm" ifadələrini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu