Starmer: Avropa ABŞ-dan ayrı Ukrayna siyasəti yürütməməlidir

Böyük Britaniyanın baş naziri Key Starmer hesab edir ki, Avropanın ABŞ-dan ayrı Ukrayna ilə bağlı siyasət yürütməsi fikri yanlışdır.
AFN.az xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.
"Bir çox insanlar bizi ortaq Avropa və Amerika kursu deyil, sırf Avropa kursu ilə getməyə çağırır. Düşünürəm ki, bu, həm Ukraynaya münasibətdə, həm də ümumilikdə, kökündən yanlışdır. Məhz NATO əsaslı yanaşma bizə sülh içində yaşamağa imkan verir", - deyən Starmer, alyans üzvlərinin bu yanaşmanın qorunub saxlanmasına diqqət yetirməli olduğunu vurğulayıb.
Eyni zamanda Starmer ABŞ prezidenti Donald Trampın bir sıra bəyanatları ilə razılaşmadığını bildirib. O, Vladimir Zelenskinin Ukraynada münaqişənin davam etdirilməsinə görə heç bir məsuliyyət daşımadığını da xüsusi vurğulayıb.
Müsahibədə Starmer Ukraynada uzunmüddətli atəşkəsin zəruriliyindən danışıb.