Ukrayna istənilən danışıqların mərkəzində dayanmalıdır - Key Starmer

Ukrayna istənilən danışıqların mərkəzində dayanmalıdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Bu barədə Böyük Britaniya hökumətinin başçısı ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığından sonra Böyük Britaniyanın baş naziri Key Starmer deyib. O, Böyük Britaniya və Avropanın danışıqlarda öz rolunu oynamağa hazır olduqlarını bildirib.
"Britaniya və Fransa ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün əldə edilməsində liderliyini alqışlayırlar" - deyə Starmer qeyd edib.
Qeyd olunur ki, Starmer və Makron Böyük Britaniyanın baş nazirinin Vaşinqtona səfəri başa çatdıqdan sonra bir daha danışacaqları ilə bağlı razılığa gəliblər.
Starmer və Trampın fevralın 27-də görüşü planlaşdırılır. Makron isə fevralın 24-də Ağ Evə səfər edib.