İran nüvə fəaliyyətlərinə nəzarət etməyə icazə verəcək, lakin şərti var


Tehran sanksiyaların ləğvi şərti ilə nüvə obyektlərinə nəzarətin artırılmasına icazə verə bilər.



AFN.az CNN-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.



"Biz öz hüquqlarımızdan imtina etmirik, lakin sanksiyaları ləğv etmək şərti ilə nüvə fəaliyyətinin şəffaflığını artırmaq üçün tədbirlər görə bilərik", - deyə o bildirib.



Bununla yanaşı, Əraqçi qeyd edib ki, danışıqların nəticələri barədə danışmaq hələ tezdir: "Tehranın uranın zənginləşdirilməsi məsələsi həll edilməyib və danışıqlar ABŞ razılaşana qədər davam edəcək. Vaşinqton uranın zənginləşdirilməsini tamamilə dayandırmaqda israr etməkdə davam edərsə, heç bir razılıq əldə olunmayacaq."



Bundan əlavə, XİN rəhbəri deyib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) sanksiyalarla bağlı bəzi aspektləri nəzərdən keçirilməlidir: "JCPOA hələ ölməyib, lakin onu bərpa etmək mümkün deyil. Onu unutmaq lazımdır."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu