İranın nüvə fəaliyyət planı unudulmalıdır - Əraqçi

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) bərpa edilə bilməz.
AFN.az CNN-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"JCPOA hələ ölməyib, lakin onu bərpa etmək mümkün deyil. Onu unutmaq lazımdır", - deyə XİN rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, JCPOA-nın sanksiyalarla bağlı bəzi aspektlərinə yenidən baxılmalıdır. Bundan əlavə, ABŞ-la danışıqların yeni raundunu şərh edən Əraqçi vurğulayıb ki, Vaşinqton uranın zənginləşdirilməsini tamamilə dayandırmaqda israr etməyə davam edərsə, heç bir razılaşma əldə edilməyəcək.