“Azərlotereya” 2024-cü ildə dövlətə 92 milyon manatdan çox vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
AFN.az xəbər verir ki, 2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat olub.
2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib.
O cümlədən, “Azərlotereya” ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda bu göstəricisi 96,7 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 32 faiz artaraq 38,8 milyon manata çatıb.
“Azərlotereya” ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon manat vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-cü ildə bu göstərici 63.2 milyon manat olub.
Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin rəsmi saytından tanış ola bilərsiniz.