Dünyada ilin ilk yarısında elektrikli avtomobil satışları 9,1 milyona çatıb


Dünya üzrə bu ilin ilk 6 ayında elektrikli avtomobil satışları 9,1 milyona çataraq illik müqayisədə 28 faiz artım göstərib.



İngiltərə mərkəzli tədqiqat qurumu Rho Motion iyun ayı və ilin ilk yarısına dair elektrikli avtomobil satış statistikalarını açıqlayıb.



Hesabata əsasən, 2025-ci ilin iyun ayında elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz, may ayı ilə müqayisədə isə 7 faiz artıb.



Bu ilin ilk yarısında dünyada ümumilikdə 9,1 milyon elektrikli avtomobil satılıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıma işarə edir.



Elektrikli avtomobil satışlarında Çin ilin ilk yarısında üstün mövqeyini qoruyub. Qlobal satışların 5,5 milyonu məhz Çində qeydə alınıb. Beləliklə də ölkədə satışlar illik müqayisədə 32 faiz artıb.



Bəzi Çin şəhərlərində elektrikli avtomobillərə verilən subsidiyaların ləğvi ilə bağlı xəbərlər bazarda yavaşlama gözləntilərinə səbəb olsa da, satışlar yüksəlməyə davam edib.



Ekspertlərin fikrinə görə, ilin ikinci yarısında maliyyələşməyə daha geniş çıxış imkanları sayəsində satışların artım tempi qorunub saxlanacaq.



Avropada ilin ilk yarısında elektrikli avtomobil satışları 26 faiz artaraq 2 milyona çatıb. İspaniya, Almaniyaİngiltərədə satışlar yüksəlməyə davam etdiyi halda, Fransada subsidiyaların azaldılması satışlara mənfi təsir göstərib və 13 faiz azalma qeydə alınıb.



ABŞ, KanadaMeksikanı əhatə edən Şimali Amerikada isə artım tempi zəifləyib. İlin ilk 6 ayında satışlar cəmi 3 faiz artaraq 900 min avtomobilə çatıb. Bu dövrdə Kanadada satışlar 23 faiz azalıb, MeksikadaABŞ-də isə müvafiq olaraq 20 və 6 faiz artım qeydə alınıb.



ABŞ Prezidenti Donald Trampın 4 iyulda imzaladığı və “Böyük Gözəl Qanun Layihəsi” adlandırdığı yeni tənzimləmə ilə əvvəlki administrasiya dövründə tətbiq edilən vergi güzəştləri ləğv edilib. Bu güzəştlər yeni, ikinci əl və kommersiya elektrikli avtomobilləri əhatə edirdi.



Vergi güzəştlərinin 2025-ci il sentyabrın 30-dan qüvvədən düşməsinə qədər satışlarda artım gözlənilsə də, ilin son rübündə tələbdə kəskin azalma proqnozlaşdırılır.



Çinin, Avropanın və Şimali Amerikanın xaricində qalan digər bölgələrdə isə elektrikli avtomobil satışları 40 faiz artaraq 700 minə çatıb.



Rho Motion-un məlumatlar üzrə meneceri Çarlz Lester açıqlamasında, Çin və Avropanın elektrikli nəqliyyata keçiddə sürətlə irəlilədiyini vurğulayıb.



Lester qeyd edib ki, Avropada artım güclü olsa da, region üzrə bərabər paylanmayıb. İngiltərə və Almaniya önə çıxsa da, Fransa geridə qalıb. O əlavə edib ki, qiymət həssaslığı yüksək olan sürücülər hələ də subsidiyalardan asılıdır.



Kanada və ABŞ-də satışlarda yavaşlama müşahidə olunduğunu deyən Lester, Trampın yeni qanun dəyişikliyi səbəbilə ABŞ-də 2025-ci ildə elektrikli avtomobil bazarında ciddi artım gözlənilmədiyini də bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu