"Starbucks"ın qlobal satışları azalıb


ABŞ-ın qəhvə şəbəkəsi "Starbucks"ın qlobal satışları keçən ilin oktyabr-dekabr dövründə 4 faiz azalıb.



Maliyyə təqvimində 29 dekabr 2024-cü ildə bitən üç aylıq dövrü 2025-ci maliyyə ilinin ilk rübü olaraq qəbul edən qəhvə zənciri "Starbucks" balans hesabatını açıqlayıb.

Hesabata görə, "Starbucks"ın qlobal müqayisəli mağaza satışları 4 faiz azalıb.

Şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerika və ABŞ-da, eləcə də beynəlxalq bazarlarda 4 faiz azalıb. Şəbəkənin Çində satışları 6 faiz azalıb.

29 dekabr 2024-cü ildə bitən üç ayda "Starbucks"ın gəliri bir ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 9,4 milyard dollar olub. Şirkətin səhm başına qazancı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalaraq 69 sentə düşüb.

Şirkətin gəliri və mənfəəti azalsa da, bu müddət ərzində bazar gözləntilərini üstələyib.

Qeyd edək ki, ötən ilin yanvar-mart dövründə şirkətin gəliri 2 faiz, qlobal satışlar isə 4 faiz azalmışdı ki, bu da 2020-ci ilin sonundan bəri ilk belə azalmadır.

"Starbucks" qlobal satışlarının keçən ilin aprel-iyun dövründə 3 faiz, iyul-sentyabr dövründə isə 7 faiz azaldığını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu