Elektrikli avtomobil satışları bu il rekord qıracaq - PROQNOZ


Bu il dünyada elektrikli avtomobil satışlarının güclü artım göstərərək 17 milyona çatacağı gözlənilir.


Beynəlxalq Enerji Agentliyinin (IEA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Bu dövrdə satılan elektrik nəqliyyat vasitələrinin sayı 2020-ci ilin hamısında satılan elektrikli avtomobillərin sayına bərabər olub.

Bu ilin sonuna qədər dünya üzrə elektrikli avtomobil satışının 17 milyona çatacağı gözlənilir. Belə ki, bu il dünyada satılan hər 5 avtomobildən birinin elektriklə olacağı təxmin edildiyi halda, elektrikli avtomobil satışlarının sürətli artımının qlobal avtomobil sənayesini yenidən formalaşdıracağı və nəqliyyatda istifadə edilən yağa tələbatı əhəmiyyətli dərəcədə azaldacağı proqnozlaşdırılır.

Bu satışın 10 milyonunun Çində olacağı və bu il ABŞ-da satılan hər 9 avtomobildən birinin, Avropada isə hər 4 avtomobildən birinin elektrikli olacağı təxmin edilir.

Hesabata görə, bu il elektrikli avtomobil satışlarında gözlənilən güclü artım ötən ilki rekord artım üzərində qurulub.

Keçən il qlobal elektrikli avtomobil satışı əvvəlki ilə nisbətən 35 faiz artaraq 14 milyona çatıb. Tələb əsasən Çin, Avropa və ABŞ-da görünsə də, Vyetnam və Tayland kimi inkişaf etməkdə olan ölkələrdə də elektrik avtomobil satışı artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu