Nobel Fizika Mükafatının sahibi məlum olub


İsveç Krallıq Elmlər Akademiyası 2025-ci il Nobel Fizika Mükafatının qalibini açıqlayıb. ABŞ və Avropada işləyən alimlər Con Klark, Mişel DevoretCon Martiniselektrik dövrələrində makroskopik kvant mexaniki tunelin kəşfi və enerjinin kvantlaşdırılması” sahəsindəki işlərinə görə bu mükafata layiq görülüb.

Mükafat İsveç Krallıq Elmlər Akademiyasında keçirilən mətbuat konfransında elan edilib.

Qeyd edək ki, 2024-cü il Nobel Fizika Mükafatı isə “süni sinir şəbəkələri vasitəsilə maşın öyrənməsini inkişaf etdirən” işlərinə görə ABŞ-dan Con Hopfield və Britaniya əsilli Kanada vətəndaşı Ceffri Hinton-a verilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu