Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq


Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu Plenumun icraatına qəbul edib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmədən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci və 228.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılıb.

Nəticədə, həmin sorğunun Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr tarixli iclasında baxılacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu