50 yaşlı kişi 17 yaşlı qızı qaçırdı: 3 nəfər saxlanıldı
Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AFN.az-a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Samir Rəhimov bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə qızı izləyib və evlənmək məqsədilə oğurlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


