ABŞ 18 İran rəsmisinə sanksiya tətbiq etdi
ABŞ Dövlət Departamenti İrandakı etiraz aksiyalarını zorakılıqla yatırdıqları və internetə çıxışı məhdudlaşdırdıqları səbəbi ilə 18 İran rəsmisini sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott iranlı rəsmilərə qarşı tətbiq edilən sanksiyalarla bağlı yazılı bəyanat yayıb.
Piqott İrandakı etirazları zorakılıq yolu ilə basdırdıqları və internetə girişi əngəllədikləri üçün 18 İran rəsmisinin sanksiya siyahısına daxil edildiyini bildirib. ABŞ rəhbərliyinin İran xalqının ifadə azadlığını dəstəkləməyə davam edəcəyini vurğulayan Piqott, iranlıların "sərbəst toplaşma" və "nümayiş keçirmə hüququnun" qarşısının alına bilməyəcəyini ifadə edib.
ABŞ-lı sözçü müavini bu çərçivədə indiyədək ümumilikdə 58 İran rəsmisinin sanksiya siyahısına salındığını qeyd edib.

