Kanada İranla əlaqəli 7 nəfərə qarşı sanksiya qərarı verdi



Kanada Xarici İşlər Nazirliyi İranla bağlantısı olan 7 şəxsə qarşı əlavə sanksiyaların tətbiq edildiyini elan edib. Kanadanın rəsmi dövlət saytında dərc olunan bəyanatda bildirilib ki, İrana qarşı tətbiq edilən xüsusi tənzimləmələr çərçivəsində yeni sanksiya qərarları qəbul olunub.

Bəyanatda Kanadanın bu addımı atmasına səbəb olan əsas amillər xüsusi qeyd edilib. Sanksiya siyahısına əlavə edilən 7 nəfərin İranın ölkə hüdudlarından kənardakı fəaliyyətləri, o cümlədən transmilli təzyiq və zorakılıq halları ilə birbaşa əlaqəli olduğu bildirilir.

Kanada tərəfi vurğulayıb ki, İran rəhbərliyinin yalnız öz ölkəsində deyil, xaricdə də təzyiq və repressiv üsullara əl atması qəbulolunmazdır. Bu tədbirlər beynəlxalq hüququn prinsiplərini və qlobal sülhü qorumaq məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, Kanada mütəmadi olaraq insan hüquqları pozuntuları və regional təhlükəsizliyə təhdidlərlə bağlı İran rəsmi şəxslərinə və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Son qərarla birlikdə Kanadanın sanksiya tətbiq etdiyi İran vətəndaşlarının sayı 222-yə çatıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu