Trampdan Hörmüz boğazı mesajı: Ölkələr oranı özü açmalıdır



ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialını böyük ölçüdə məhv etdiyini bildirib.

AFN.az xəbər verir ki, Tramp öz yanaşmasını sözügedən ölkəni darmadağın etməsi və artıq onların heç bir gücünün qalmaması ilə əsaslandıraraq, boğazdan istifadə edən dövlətlərin gedib oranı özlərinin açmalı olduğunu vurğulayıb.

"New York Post" qəzetinə telefonla verdiyi qısa müsahibədə İranla bağlı mövcud vəziyyəti dəyərləndirən Tramp bu ölkə ilə mümkün müharibənin çox uzun sürməyəcəyinə dair mesaj verib. Bölgədə çox qalmayacaqlarını, hazırda qarşı tərəfi tamamilə yox etdiklərini və bunun tam bir məhv prosesi olduğunu qeyd edən ABŞ rəhbəri İranın raket potensialına yönəlmiş hücumların bir müddət də davam edəcəyini qeyd edib.

Bir aydan çoxdur müntəzəm tanker keçidlərinin reallaşmadığı Hörmüz boğazı məsələsində məsuliyyəti boğazdan yararlanan ölkələrin üzərinə atan Tramp, boğazın avtomatik olaraq açılacağını düşündüyünü, nefti idarə edən ölkələrin oranı açmaqdan məmnunluq duyacağını ifadə edib.

İranın keçmiş rəhbərlərinin çoxunu öldürdüklərini və yerlərinə yeni simaların gəldiyini deyən Tramp, bir növ orada rejimin dəyişdiyini iddia edib. ABŞ Prezidenti yeni rəhbərliklə aparılan danışıqlar üçün Amerika nümayəndə heyətinin Pakistan və ya başqa bir ölkəyə gedib-getməyəcəyi ilə bağlı sualı isə strategiyasını açıqlaya bilməyəcəyini deyərək cavabsız qoyub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu