Tramp: İrana hücumları dayandırmaq qərarını özüm verəcəm
ABŞ Prezidenti Donald Tramp İrana qarşı başlatdıqları hücumların nə vaxt dayandırılacağı ilə bağlı yekun qərarı İsrail Baş naziri Benyamin Netanyahu ilə məsləhətləşərək şəxsən özünün verəcəyini qeyd edib.
AFN.az xəbər verir ki, Müctəba Xameneinin İranın yeni rəhbəri seçilməsindən dərhal sonra "The Times of Israel" qəzetinə danışan Donald Tramp, əməliyyatların sona çatması üçün konkret vaxt açıqlamasa da, son sözün ona aid olduğunu vurğulayıb. Tramp bildirib ki, yekun qərarı o verəcək, lakin Netanyahunun mövqeyini də diqqətə alacaq.
28 fevralda hücum etdikləri İranın İsraili məhv etməyi hədəflədiyini irəli sürən ABŞ lideri, birgə fəaliyyət nəticəsində "İsraili yox etmək istəyən bir ölkəni məhv etdiklərini" ifadə edib. Tramp, ABŞ müharibəni dayandıracağı təqdirdə İsrailin təkbaşına hücumlara davam edəcəyini zəruri hesab etmədiyini deyib.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə açıqlamasında Vaşinqton administrasiyasının müharibənin 4-6 həftə davam edəcəyini gözlədiyini diqqətə çatdırıb.
