İran XİN: ABŞ-ın hücumlarına kömək edən hər bir ölkə məsuliyyət daşımalıdır
ABŞ-ın İrana qarşı hücumlarına hər hansı şəkildə şərait yaradan və ya yardım edən istənilən ölkə öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır.
AFN.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bəyan edib.
"ABŞ-ın törətdiyi cinayətlərdə onlarla əməkdaşlıq edən bütün dövlətlər bunun hüquqi nəticələrini dərk etməlidir" - deyə Bəqayi qeyd edib.
Xatırladaq ki, son həftələr ərzində regionda gərginlik pik həddə çatıb və müxtəlif dövlətlərin proseslərdəki rolu rəsmi Tehran tərəfindən yaxından izlənilir. Bəqayi vurğulayıb ki, beynəlxalq hüquq normalarına zidd addımlarda iştirak edən hər bir tərəf buna görə cavabdehlik daşıyacaq.
