Pentaqon silah istehsalını artırmaq üçün avtomobil istehsalçıları ilə təmasa keçib



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) azalan sursat ehtiyatlarını bərpa etmək məqsədilə nəhəng avtomobil istehsalçıları ilə təmasa keçdiyi iddia edilib.

AFN.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin yaydığı xəbərə görə, Donald Tramp administrasiyası avtomobil istehsalçılarının hərbi sənayedə daha fəal rol almasını istəyir. Bu çərçivədə Pentaqon rəsmiləri "Ford Motor"un icraçı direktoru Cim Farli və "General Motors"un (GM) rəhbəri Meri Barra ilə görüşüblər.

Mənbələr Ukrayna və İrandakı müharibələrin ABŞ-ın sursat ehtiyatlarını tükəndirdiyini, bu səbəbdən Pentaqonun avtomobil şirkətlərinin istehsal gücündən yararlanmağı planlaşdırdığını irəli sürüblər. Hərbi rəsmilər bu şirkətlərin mövcud zavodlarını raket sistemləri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə texnologiyalarının istehsalına cəlb etmək yollarını araşdırırlar.

Müdafiə naziri Pit Heqsetin hərbi istehsalı "müharibə rejiminə" keçirməyə çağırdığı bir vaxtda, avtomobil nəhənglərinin İkinci Dünya Müharibəsi dövründəki kimi hərbi sifarişləri üzərinə götürməsi müzakirə olunur. Bu yanaşma tarixdə "Demokratiya Arsenalı" kimi tanınan istehsal modelini xatırladır.

Avtomobil şirkətlərinin rəhbərləri isə hərbi müqavilələrin qəbulu üçün bürokratik maneələrin aradan qaldırılmasının və tender proseslərinin sadələşdirilməsinin vacibliyini qeyd ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu