Pentaqon Zelenskinin iddialarını rədd edib
ABŞ Müdafiə Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin Kiyevə raket silahlarının tədarükünü gecikdirməsi ilə bağlı bəyanatlarını rədd edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərin bu barədə sualını cavablandırıb. "Bizim məhdud mənzilli raket arsenalımız var", - ABŞ hərbi departamentinin nümayəndəsi vurğulayıb.
“Yalnız bir neçə ölkədə bu ehtiyatlar var, onlar ATACMS, "Storm Shadow/Scalp" və ya digərləridir. Biz prosesi gecikdirmirik, əslində siz gördünüz ki, hazırkı ABŞ administrasiyası, Pentaqon Ukraynanın özünü müdafiə etmək üçün lazım olanı almasını təmin etmək öhdəliyinə sadiqdir”, - deyə Sinq bildirib.