Qərbin Ukrayna üzərində Rusiya raketlərini məhv etməsi müharibədə iştirak olar - ABŞ


Qərb silahlı qüvvələri tərəfindən Ukrayna üzərində Rusiya raketlərinin məhv edilməsi ABŞ-ı münaqişəyə cəlb edər. Vaşinqton hesab edir ki, Kiyev özünü müdafiə edə bilər.


Bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib. “Bu, bizi fərqli bir şəkildə müharibəyə cəlb edərdi ki, biz Ukraynanın Rusiyanın hücumlarından uğurla müdafiə edə biləcəyinə inanırıq" - deyə Sinq bildirib.

O, həmçinin Qərb ölkələrinin İsraildə olduğu kimi, Ukrayna üzərində də raket və pilotsuz təyyarələrin qarşısını almağa kömək edə bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Söhbət iki tamamilə fərqli mənzərə və döyüş meydanından gedir. Prezident Co Bayden ən əvvəl Pentaqona Ukraynanı döyüş meydanında lazım olan hər şeylə təmin etməyi tapşırıb. Onlar hava hücumundan müdafiə sistemlərindən istifadə etməkdə çox uğurludurlar və ya öz ərazisini qazanmağa davam etmək üçün digər imkanlar əldə ediblər. Prezident ABŞ-ın Ukraynaya qoşun göndərməyəcəyini öhdəsinə götürüb, lakin biz Ukraynanın öz suveren ərazisini geri qaytarmaq səylərini dəstəkləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu