Bugünkü əməliyyatda saxlanılanların ADLARI


Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib.

AFN.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində ittiham verilən şəxslərin adları məlum olub.

Məlumata görə, saxlanılanlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri - Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar ƏliyevŞamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, qanunsuz hərəkətlərə yol verdiyi iddia edilən bu şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu