İran: ABŞ şərtlərimizi qəbul etmək məcburiyyətindədir
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rizai Tehran ilə Vaşinqton arasındakı danışıqlara toxunaraq, ABŞ-ın ağıllı davranmaq istəyəcəyi təqdirdə İranın şərtlərini qəbul etməkdən başqa çıxış yolunun olmadığını bildirib.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlama verən Rizai region ölkələrinin və neft alıcılarının tranzit yollarının bağlanması səbəbindən ABŞ-a təzyiq göstərdiyini qeyd edib.
O, həmin ölkələrin Hörmüz boğazının yenidən açılması üçün Vaşinqtondan zəruri şəraitin yaradılmasını tələb etdiklərini vurğulayıb.
Rizai həmçinin bildirib ki, hazırda İran parlamentində Hörmüz boğazından keçidlərin ödənişli olması ilə bağlı qanunvericilik bazası üzərində iş aparılır və boğazla bağlı protokolun müharibədən əvvəlki vəziyyətinə qayıtması artıq mümkün deyil.
Sözçü sonda onu da əlavə edib ki, ölkəsi ABŞ ilə aparılan danışıqlarda müəyyən etdiyi 10 şərtdən heç bir halda geri addım atmayacaq.
