ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib


Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində ADMİU-nun təşkilatçılığı və Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib.

ADMİU-dan AFN.az-a verilən məlumata görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi təşkil olunan tədbir ekoloji düşüncə ilə incəsənətin vəhdətinə həsr olunub.

Açılışda çıxış edən rəsmi qonaqlar – Əminə Məlikova, Ceyran Mahmudova, Səadət Yusifova, Gülşən Rzayeva və Anna Soeve – festivalın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, şəhər mühiti yalnız infrastruktur deyil, həm də mədəni irs və ekoloji məsuliyyətin vəhdətidir. Bu layihə gənclərin yaradıcı potensialını, iqlim dəyişikliyi fonunda dayanıqlı şəhərsalma ideyalarını və incəsənətin maarifləndirici gücünü nümayiş etdirir.

Festivalın bədii hissəsində musiqili kompozisiyalar və səhnəciklərlə yanaşı, geniş sərgi təqdim olunub. Tələbələrin hazırladığı “Təkrar emalda miniatür”, “Şəhər irsi”, “Yaşıl dünya” və “Təbiət və tullantılar” kimi layihələr xüsusi diqqət çəkib. Təkrar emal materialları, memarlıq ornamentləri və vitraj nümunələri vasitəsilə ekoloji mesajlar bədii formada çatdırılıb. Tədbir gənc yaradıcıların dayanıqlı gələcəyə baxışını ortaya qoyaraq WUF13 öncəsi mühüm mədəni təşəbbüs kimi yadda qalıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu