Avstraliya hantavirus aşkarlanan gəmidəki vətəndaşlarının sağlam olduğunu açıqladı
Avstraliya hökuməti hantavirus yoluxmaları qeydə alınan Niderland bayraqlı “MV Hondius” gəmisində olan vətəndaşlarının sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.
AFN.az xəbər verir ki, Avstraliya Səhiyyə naziri Mark Batler bu barədə ABC News-a açıqlama verib.
Nazir bildirib ki, həmin gəmidə olan 5 avstraliyalı və 1 Yeni Zelandiya vətəndaşının səhhəti yaxşıdır və onların Niderlanda çatdıqdan sonra uçuş prosedurları tamamlanana qədər oteldə karantində qalması planlaşdırılır. Batler qeyd edib ki, bu şəxslərin daha sonra Avstraliyaya gəlməsi gözlənilir.
Onlar Qərbi Avstraliya ştatına çatdıqdan sonra təxminən üç həftə ərzində xüsusi bir müəssisədə karantində saxlanılacaqlar. Nazir həmçinin bildirib ki, virusun 42 günlük inkubasiya dövrü ərzində lazım ola biləcək əlavə müşahidə tədbirləri daha sonra müəyyən ediləcək.

