"MV Hondius" gəmisindən təxliyə edilən iki nəfərin hantavirus testi pozitiv çıxıb



Hantavirus hallarının aşkarlandığı "MV Hondius" sərnişin gəmisində olan Fransa və ABŞ vatandaşı iki nəfərin test nəticələrinin pozitiv olduğu bildirilib.

AFN.az xəbər verir ki, Fransa səhiyyə naziri Stefani Rist verdiyi açıqlamada gəmidən təxliyə edilən 5 Fransa vətəndaşından birində hantavirus testinin pozitiv nəticə verdiyini bəyan edib.

Nazir qadın sərnişinin təxliyədən qısa müddət sonra özünü pis hiss etməyə başladığını, digər 4 sərnişinin testlərinin isə neqativ çıxdığını qeyd edib. Rist həmin 5 Fransa vətəndaşının paytaxt Parisdə karantinə alınacağını bildirib.

Eyni zamanda, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) sosial media hesabı vasitəsilə gəmidən təxliyə edilən 17 ABŞ vətəndaşının vəziyyəti ilə bağlı məlumat paylaşıb.

Açıqlamada sərnişinlərdən ikisinin xüsusi diqqət tələb etdiyi üçün mühafizə altına alındığı, bir sərnişində hantavirus testinin zəif pozitiv çıxdığı, digərində isə yüngül simptomların müşahidə edildiyi vurğulanıb.

ABŞ-lı sərnişinlərin Nebraska Universiteti Tibb Mərkəzinə yerləşdiriləcəyi və geniş klinik müayinələrdən keçiriləcəyi diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu