İran: ABŞ-a təqdim olunan təkliflər həddindən artıq tələblər deyil



İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi ölkəsinin ABŞ-a təqdim etdiyi təkliflərin həddindən artıq tələblər olmadığını bildirib.

AFN.az xəbər verir ki, Qaribabadi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edərək, ABŞ Prezidenti Donald Trampın qəbuledilməz adlandırdığı şərtlərin əslində böhranın həlli üçün minimum tələblər olduğunu vurğulayıb.

Nazir müavini qeyd edib ki, İran müharibənin tamamilə dayandırılmasını, yenidən təkrarlanmamasını, dəymiş ziyanın ödənilməsini, blokadanın ləğvini, sanksiyaların götürülməsini və İranın hüquqlarına hörmət edilməsini tələb edir.

Real sülhün təhdid və məcburi güzəşt üsulları ilə qurula bilməyəcəyini deyən Qaribabadi İranın ABŞ tərəfindən təqdim olunan təslimiyyət sənədini heç bir halda qəbul etməyəcəyini diqqətə çatdırıb.

O, İranın şərtlərinin BMT Nizamnaməsinə uyğun, məntiqi və qanunsuz güc tətbiqi ilə başlayan böhranı sona çatdırmağa yönəlmiş ciddi addımlar olduğunu müdafiə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu