ABŞ İranın münaqişəni həll etmək planını rədd etdi


Birləşmiş Ştatlar İranın münaqişənin tənzimlənməsi ilə bağlı təqdim etdiyi 14 bəndlik planı qəbul etməyib.

AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilir ki, rəsmi Vaşinqton Tehranın təkliflərini rədd edərək öz şantaj mövqeyini yenidən təsdiqləyib. İranın planı iki mərhələli danışıqlar prosesinə əsaslanırdı. Birinci mərhələdə hərbi əməliyyatların dayandırılması, şərtlər yerinə yetirildiyi təqdirdə isə ikinci mərhələdə nüvə məsələsi üzrə danışıqların başlanması nəzərdə tutulurdu.

Qeyd edək ki, İran tərəfi danışıqların bərpası üçün ABŞ qarşısında 5 əsas tələb qoyub. Bu tələblərə bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğv edilməsi və dondurulmuş vəsaitlərin sərbəst buraxılması daxildir. Həmçinin Tehran müharibənin vurduğu ziyanın ödənilməsini və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu