Tehran son təklifini pakistanlı vasitəçilərlə ABŞ-a çatdırıb



İranın ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistan rəhbərliyinə müharibəni dayandıra biləcək yeni bir razılaşma təklifi təqdim etdiyi bildirilir.

AFN.az xəbər verir ki, IRNA-nın məlumatına görə, İran aprelin 30-u, cümə axşamı axşam saatlarında vasitəçi tərəf olan Pakistana yekun danışıqlar layihəsinin mətnini təqdim edib. Xəbərdə təklifin məzmunu ilə bağlı ətraflı detallar paylaşılmayıb.

Qeyd edək ki, Tehran müharibənin dayandırılması üçün şərtlərini ehtiva edən təklifi ötən həftə də ABŞ-a çatdırılmaq üçün Pakistana ötürmüşdü. İran mətbuatında yer alan məlumatlara görə, rəsmi Tehran müharibənin qalıcı olaraq dayandırılmasıHörmüz boğazının açılması məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

Lakin İran tərəfi nüvə fəaliyyətlərinin yalnız qalıcı atəşkəsdən sonra nəzərdən keçirilməsini təklif edib. Məlumata görə, Donald Tramp Tehranın bu şərtini qəbul etməyib. Yeni təqdim olunan yekun layihənin Vaşinqton tərəfindən necə qarşılanacağı isə hələlik bəlli deyil.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu