İran ABŞ-ın təklifini rədd etdi
İranın "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq atəşkəs təklifini geri çevirdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, "Guardian" nəşrinin "Fars" agentliyinə istinadən yaydığı məlumatda adı açıqlanmayan yüksək rütbəli iranlı rəsmi Tehranın bu təklifi qəbul etmədiyini bildirib. Mənbə qeyd edib ki, sözügedən təklif martın 25-i, çərşənbə günü vasitəçi ölkə vasitəsilə çatdırılıb.
ABŞ tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. "Fars" agentliyinin şərhinə görə, bu atəşkəs təklifi ABŞ-ın bölgədə üzləşdiyi ciddi problemlərdən sonra gündəmə gəlib.

