İran Fars körfəzində 2 tankeri müsadirə etdi


İran Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri müsadirə etdiyini açıqlayıb.



Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.

Açıqlamada, biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda saxlanıldığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu