İran Oman körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan 17 qayığı saxladı


İran ölkənin cənub-şərqində Oman körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan 17 qayığı və 12 nəfəri saxladığını açıqlayıb.



İran dövlət televiziyası, Çabahar Hərbi Dəniz Qüvvələri Komandiri Əli Hacetpur, Oman körfəzi sahillərində Çabahar şəhəri sahillərində həyata keçirilən əməliyyatda 12 min litr qaçaq yanacaq daşıyan 17 qayığın saxlanıldığını bildirib.

İran komandiri əməliyyat zamanı 12 nəfərin də saxlanıldığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu