İran: Hüquqlarımız təminat altına alınana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik



İran Parlamenti və Danışıqlar Heyətinin Sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə davam edən danışıqlara toxunaraq, "İran xalqının hüquqları təminat altına alınana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik" deyib.

AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qalibaf İran Parlamentinin onlayn iclasında ABŞ ilə aparılan danışıqlar barədə açıqlamalar verib.

Diplomatiyanın döyüş meydanında qazanılan qələbəni taclandırmaq məqsədinə xidmət etdiyinə diqqət çəkən Qalibaf bildirib ki, diplomatiya sahəsindəki əsgərlərimizin düşmənin sözlərinə və vədlərinə etibarı yoxdur.

Bizim üçün konkret nailiyyətlər əldə etmək bir meyardır və bunun müqabilində öhdəliklərimizi yerinə yetirəcəyik.

İran xalqının hüquqları təminat altına alınana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik.

Qalibaf həmçinin düşmənin müharibənin yeni mərhələsində iqtisadi təzyiq və media vasitəsilə təbliğat yolu ilə milli birliyi pozmağa çalışdığını bildirib.

Lakin bunun boş bir xəyal olduğunu söyləyərək, mübarizənin hərbi sahədə, küçədə, diplomatiyada və xalqa xidmətdə davam etdiyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu