İran parlamentinin sədri: Enerji qiymətlərini aşağı salmaq üçün saxta xəbər yayırlar



İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf enerji qiymətlərini aşağı salmaq üçün saxta xəbərlər yayıldığını, bu səbəbdən də bazarın keyləşdiyini bildirib. 

AFN.az xəbər verir ki, Qalibaf "X" sosial media platformasındakı hesabı vasitəsilə enerji qiymətləri ilə bağlı açıqlama verib.

İran Parlamentinin sədri qeyd edib ki, enerji qiymətlərini ucuzlaşdırmaq məqsədilə o qədər çox saxta xəbər yayılıb ki, hazırda bazar bu cəhdlər nəticəsində donub. "Davam edin, heç kim sizə inanmır" ifadəsini işlədən Qalibaf real enerji qiymətlərinin özünü büruzə verəcəyini vurğulayıb.

Qalibaf həmçinin əlavə edib ki, bu qüvvələr güclü ola bilərlər, lakin ağıllı deyillərsaxta xəbər kartından çox tez istifadə ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu