İran parlamentinin sədr müavini: ABŞ ilə danışıqlar olmayacaq və Hörmüz boğazı açılmayacaq



İran parlamentinin sədr müavini Əli Nikzad ABŞ ilə heç bir müzakirənin aparılmayacağını və Hörmüz boğazının açılmayacağını bəyan edib.

AFN.az-ın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, Nikzad İranın Mərkəzi əyalətində keçirilən etiraz aksiyasında iştirak edib.

Nikzad bildirib ki, İran Ayətullah Əli Xameneyinin qisası alınana qədər ABŞ Prezidenti Donald Trampdan əl çəkməyəcək. O, Xameneyiyə qarşı sui-qəsdi İrana qarşı qurulmuş ən ağır qəsd adlandıraraq, düşmənlərin öz məqsədlərinə çatmayacaqlarını vurğulayıb.

Trampın danışıqlar və boğazın açılacağı barədə fikirlərini şərh edən Nikzad, "Hörmüz boğazı əsla açılmayacaq, heç bir müzakirə aparılmayıb və aparılmayacaq" deyib. O, həmçinin ABŞ rəhbərliyinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşdükləri barədə iddiaları təkzib edib.

Nikzad qeyd edib ki, bu cür xəbərlər daxildə parçalanma yaratmaq məqsədi daşıyır. O, konstitusiyaya əsasən müharibə, sülh və ya danışıqlar qərarının yeni rəhbər Ayətullah Müctəba Xameneyinin səlahiyyətində olduğunu və indiyə qədər heç bir icazənin verilmədiyini diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu