ABŞ Kuba prezidentinə və 4 nəfərə sanksiya tətbiq etdi



ABŞ Maliyyə Nazirliyi Migel Dias-Kanel, onun həyat yoldaşı və daha 3 nəfərə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sanksiya tətbiq edilən şəxslərlə bağlı bəyanat yayıb.

Bəyanatda Kuba Prezidenti Dias-Kanel, onun həyat yoldaşı və ögey oğlu ilə yanaşı, keçmiş Kuba Prezidenti Raul Kastronun oğlu Alexandro Kastro Espin və nəvəsi Raul Alexandro Kastro Kalisin də daxil olduğu ümumilikdə 5 nəfərin sanksiya siyahısına salındığı bildirilib.

Fiziki şəxslərlə bərabər, idarə və təşkilatlara da sanksiyaların tətbiq edildiyi ifadə olunan açıqlamada bu çərçivədə Kuba Müdafiə Nazirliyi, xalqlararası əlaqələri təşviq edən Xalqlarla Dostluq İnstitutu, adadakı özəl turizmə nəzarət edən institutun bir qolu olan "Amistur Cuba" və İnqilabı Müdafiə Komitələrinin də sözügedən siyahıya əlavə edildiyi qeyd edilib.

Açıqlamada sanksiya tətbiq edilən şəxslərin ABŞ-dəki əmlak və aktivlərinin də dondurulduğu qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu