İran: ABŞ diplomatik prosesə zərər vurur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin İranın cənub bölgələrinə yönəlmiş hücumları ilə bağlı verdiyi açıqlamada ABŞ-nin atəşkəsi dəfələrlə pozaraq diplomatik prosesə zərər vurduğunu bildirib.
AFN.az xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavablandıran Bəqayi gündəmdəki aktual məsələlərə toxunub.
Diplomaniyanın irəlilədilməsi üçün minimum səviyyədə bir mühitə ehtiyac olduğunu qeyd edən Bəqayi atəşkəsə baxmayaraq İranın cənub bölgələrinə və Livana təşkil edilən ABŞ və İsrail hücumlarına kəskin reaksiya göstərib.
Sözçü ABŞ-nin atəşkəsi dəfələrlə pozmasının və ziddiyyətli açıqlamalar verməsinin diplomatik prosesə zərər vurduğunu, eyni şəkildə sionist rejimin də Livanda tez-tez atəşkəsi pozmasının bu prosesə mənfi təsir etdiyini qeyd edərək diplomatik proseslərin güc tətbiqindən zərər gördüyünü ifadə edib.
Diplomatiya və döyüş meydanının İranın maraqlarının qorunması üçün bir vasitə olduğunu və bir-birindən ayrı düşünülmədiyini vurğulayan Bəqayi silahlı qüvvələrin ehtiyac duyulan hər yerdə düşmənə cavab verəcəyini, ötən gecə baş verənlərin isə ordunun ölkə müdafiəsindən çəkinməyəcəyini göstərdiyini, ölkə müdafiəsi üçün lazım gələrsə diplomatiyadan, lazım gələrsə də döyüşdən istifadə olunacağını diqqətə çatdırıb.
