Britaniyada 16 yaşından kiçik uşaqlara sosial şəbəkələr qadağan edilir


Böyük Britaniyada 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsi 2027-ci ilin baharından etibarən tamamilə qadağan olunacaq.

AFN.az xəbər verir ki, bu barədə Krallığın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bu, asanlıqla qəbul etdiyimiz bir qərar deyil. Lakin söhbət uşaqların müdafiəsindən və təhlükəsizliyindən gedir", - deyə Starmer bildirib. Onun sözlərinə görə, sosial şəbəkələr uşaqlarda asılılıq yaradır, psixi sağlamlığa zərər vurur və bulinq (təhdid, təqib) hallarını asanlaşdırır.

Hökumətin bəyanatında qeyd olunub ki, bu qərarda Avstraliyanın 2025-ci ilin dekabrından tətbiq etdiyi model əsas götürülüb. Avstraliyada qadağa Facebook, Instagram, TikTok, YouTube, X (Twitter) və digər platformaları əhatə edir və qaydanı pozan texnologiya şirkətlərini 49,5 milyon Avstraliya dollarınadək ($32,9 mln.) cərimə gözləyir.

Böyük Britaniyada tətbiq ediləcək cərimələrin həcmi hələlik açıxlamaıb. Qadağanın "WhatsApp" kimi messencerlərə şamil olunmayacağı, süni intellekt əsaslı romantik çatbotlardan isə yalnız 18 yaşından etibarən istifadəyə icazə veriləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu