Norveç 16 yaşdan kiçiklərin sosial mediaya girişini qadağan etməyə hazırlaşır
Norveç hökuməti 16 yaşından kiçik uşaqların sosial media platformalarına çıxışının qadağan edilməsi ilə bağlı hazırlıqlara başlayıb.
AFN.az xəbər verir ki, Baş nazir Jonas Gahr Store ölkənin NRK telekanalına verdiyi açıqlamada sosial medianın uşaqlar üzərindəki mənfi təsirlərini azaltmaq məqsədilə hazırlanan qanun layihəsinin il ərzində parlamentə təqdim olunacağını, qəbul ediləcəyi təqdirdə isə gələn il qüvvəyə minəcəyini bildirib.
Hökumətin uşaqların sosial mediaya yalnız 16 yaşından etibarən daxil olması istiqamətində iş apardığını xatırladan Store, bu tənzimləmə sayəsində eyni yaş qrupundakı uşaqların sosial şəbəkələrdən eyni vaxtda istifadə edə biləcəyini qeyd edib.
NRK-nın məlumatına görə, qanun layihəsi çərçivəsində 16 yaşına çatmamış uşaqların sosial media hesabı açmalarına icazə verilməməsi planlaşdırılır.



