ABŞ senatorları ABŞ-İran razılaşması ilə bağlı təfərrüat tələb ediblər



ABŞ-da Senat üzvləri ABŞ və İran arasında əldə olunmuş razılaşma ilə bağlı daha çox məlumata ehtiyac olduğunu bildirərək, Ağ Evdən bununla bağlı təfərrüatları tələb ediblər.

AFN.az xəbər verir ki, Konqres binasında mətbuata açıqlama verən Senatdakı Respublikaçılar çoxluğunun lideri Con Tün razılaşma barədə kifayət qədər məlumata malik olmadığını qeyd edərək, buradakı məsələləri yaxından izləyənlərin belə mövzu barəsində çox az şey bildiyini ifadə edib.

Razılaşma haqqında şəxsən məlumatlandırılmadığını deyən Tün sazişə əməl olunması və bunun necə tətbiq ediləcəyi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

Respublikaçı senator Tom Tillis sözügedən razılaşma ilə bağlı əgər bunun gizli bir müqavilə olduğu təqdirdə ona necə ciddi yanaşmağın mümkünlüyünü sorğulayıb.

Digər respublikaçı senator Con Kennedi isə məsələ ilə bağlı ümidli olduğunu, lakin yekun sənədi görənə qədər hər hansı bir qiymətləndirmə aparmağın çətin olacağını vurğulayıb.

Senator Lindsi Qrem razılaşmanın memarı kimi səciyyələndirilən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin sənədi rəsmilərə təqdim etməsini istədiyini qeyd edib.

Demokrat senator Tim Keyn böyük xərc tələb edən və xalqın dəstəyini qazanmayan ABŞ-İsrail-İran müharibəsinin başa çatmasının yaxşı bir həll yolu olacağını, lakin mövzuya dair daha çox təfərrüat eşitmək istədiyini bildirib.

Xatırladaq ki, ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə həyata keçirilən təmaslar nəticəsində tərəflər İrana qarşı münaqişələrə son qoymağı nəzərdə tutan anlaşma memorandumu üzərində razılıq əldə olunduğunu elan etmişdilər.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müqavilə imzaladığını və Hörmüz boğazının cümə günündən etibarən tamamilə açıq olacağını bəyan etmiş, Tehran rəhbərliyi isə anlaşma memorandumunun cümə günü İsveçrənin Cenevrə şəhərində imzalanacağını bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu