ABŞ Senatı İrana qarşı hərbi fəaliyyətin qarşısını almağa yönəlmiş qanun layihəsini rədd edib



ABŞ Prezidenti Donald Trampın iyunun 23-də müharibə səlahiyyətlərinə dair qəbul edilən qanun layihəsinə reaksiya verməsindən sonra Senat Vaşinqtonun İrana qarşı istifadə edilən hərbi qüvvələrini geri çəkməsini tələb edən digər qətnamə layihəsini rədd edib.

AFN.az xəbər verir ki, "Washington Post" qəzetinin yaydığı məlumata görə, Senat ABŞ Prezidenti Donald Trampın qəbul edilmiş müharibə səlahiyyətləri qanun layihəsinə etiraz etməsindən sonra analoji digər bir layihə üçün səsvermə keçirib.

Demokrat senator Tim Keynin təqdim etdiyi və Konqresin razılığı olmadığı təqdirdə ABŞ-nin İrana qarşı yerləşdirilən hərbi qüvvələrini geri çəkməsini nəzərdə tutan qətnamə layihəsi 47 "bəli" səsinə qarşı 50 "xeyr" səsi ilə rədd edilib.

Trampın iyunun 23-də qəbul edilən layihəyə sərt reaksiya verməsinin ardından Rend Pol kimi respublikaçı Konqres üzvləri İran ilə aparılan danışıqlar prosesinə görə layihənin rədd edilməsinin lehinə səs veriblər.

Sözügedən qanun layihəsi ilə Konqresin müharibə elan etmək məsələsində öz konstitusiya səlahiyyətlərini ortaya qoyaraq, lazımi icazə olmadan ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirməsinin qarşısını almağı hədəflədiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu