İran və ABŞ arasındakı danışıqların iyulun 11-də Pakistanda davam edəcək



İran və ABŞ arasında danışıqların iyulun 11-də Pakistanda davam edəcəyi irəli sürülüb.

AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziyasının mənbələrinə istinadən yaydığı xəbərə görə, İran və ABŞ danışıqları iyulun 11-də Pakistanda keçiriləcək.

Pakistanda baş tutacaq görüşlərdə tərəflərin İrana qarşı sanksiyaların ləğv edilməsi, dondurulmuş aktivlərin sərbəst buraxılmasınüvə məsələsini müzakirə edəcəyi bildirilib.

İran nümayəndə heyətində kimlərin yer alacağının ABŞ-İsrailin 28 fevraldakı hücumlarında həyatını itirən ölkənin sabiq rəhbəri Ayətullah Əli Xamenei üçün iyulun 9-da başa çatacaq dəfn mərasimlərindən sonra dəqiqləşəcəyi iddia edilib.

İyunun 14-də İran və ABŞ arasında əldə olunan razılaşmadan sonra tərəflərin İrana sanksiyaların ləğvi, Hörmüz boğazının vəziyyətinüvə məsələsi kimi mövzular üzərində 60 gün ərzində müzakirələr aparması nəzərdə tutulurdu.

Xatırladaq ki, son görüş fikir ayrılıqları səbəbindən baş tutmamışdı. Bu çərçivədə iyunun 21-də İsveçrədə keçirilən görüşlər İsrailin Livana hücumlarını davam etdirməsi, ABŞ-ın hələ də İranın dondurulmuş aktivlərini sərbəst buraxmaması və tərəflər arasında Hörmüz boğazının idarə olunması kimi anlaşılmazlıqlar səbəbindən davam etməmişdi.

Tərəflər arasındakı razılaşmaya rəğmən Hörmüz boğazı ətrafında baş verən şiddətli hərbi toqquşmaların ardınca hər iki ölkədən olan nümayəndə heyətləri iyulun 1-də Dohada Qətər rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirmişdilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu