Trampdan İrana xəbərdarlıq: Hücumlar ağırlaşa bilər



ABŞ Prezidenti Donald Tramp İranın gəmiləri hədəf almağa davam edəcəyi təqdirdə ABŞ-nin hücumlarının çox daha ağır olacağı barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda ABŞ-nin İrana yönəlik hücumlarına aid olduğu bildirilən bir fotosurəti sitat gətirib.

Prezident Tramp "Bu, İranın dünən gəmiləri bombalamasına qisas xarakteri daşıyır. Əgər bu yenidən baş verərsə, çox daha ağır olacaq" ifadələrini işlədib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən ticarət gəmilərini hədəf aldığı əsası ilə İrana əlavə hücumlar başladıldıqlarını elan etmişdi.

Ayrı bir açıqlamada isə hücumlarda İrana aid təxminən 90 hərbi hədəfin vurulduğu qeyd olunmuşdu.

İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi isə ABŞ-nin hücumlarının cavabsız qalmayacağını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu