ABŞ və İran atəşkəs müddətini uzatmaq barədə razılığa gəlib



Pakistan hökuməti mənbələrinin məlumatına görə, ABŞ və İran gələn həftə başa çatacaq 60 günlük atəşkəs müddətinin uzadılması barədə razılığa gəlib. Razılaşmanın tərəflər arasında aparılan danışıqlara vaxt qazandırması gözlənilir.

AFN.az xəbər verir ki, Pakistan hökuməti mənbələri ABŞ və İranın atəşkəsin müddətinin uzadılması ilə bağlı razılığa gəldiyini bildirib.

Vasitəçilər İran ilə ABŞ arasında mesaj mübadiləsini davam etdirir.

Bu çərçivədə Tehranda olan Pakistanın daxili işlər naziri də İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.


Sözügedən 60 günlük atəşkəs müddətinin gələn həftə başa çatacağı qeyd olunur.

Razılaşmanın tərəflər arasında davam edən müzakirələrə əlavə vaxt qazandırması gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu