Pakistan ABŞ ilə İranı müzakirə masasına gətirmək üçün səylərini davam etdirir



Pakistan Yaxın Şərqdəki gərginliyin həllinə nail olmaq məqsədilə ABŞ ilə İranı müzakirə masasına gətirmək üçün bütün səyləri göstərdiyini bildirib.

AFN.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndərabi həftəlik mətbuat konfransında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verib.

“Pakistan tərəfləri (ABŞ və İran) müzakirə masasına gətirmək üçün bütün səyləri göstərir” deyən Əndərabi bölgədə sülh və sabitlik üçün çalışdıqlarını ifadə edib.

Əndərabi birbaşa və dolayı kanallar vasitəsilə məsələnin həllinə nail olmaq üçün konstruktiv dialoqun davam etdirilməsini təmin etməyə çalışacaqlarını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu