“Qarabağ” - “Tvente” oyununu bu hakimlər idarə edəcək



UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la Niderlandın “Tvente” komandası arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri qismində Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Marius Hansen Qrotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Kristoffer Hagenes, onun köməkçisi isə avstriyalı Alan Kijas olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş avqustun 20-də Niderlandda keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu