“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı


UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Qarabağ”la “Nyukasl” arasında keçiriləcək ilk matçının təyinatları açıqlanıb.

Qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər. Matçın baş hakimi Espen Eskas olacaq.

Ona yan xətt hakimləri Yan Erik EnqanElias Başevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək. Görüşdə VAR-da niderlandlı Rob Diyperink əyləşəcək. AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu