“Sabah” - “Orhus” oyununun hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) - “Orhus” (Danimarka) cavab oyununa hakim təyinatları elan edilib.
AFN.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş referisi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri qismində Lusiano Maria və Hüqo Markes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Tyaqu Martins, AVAR isə Andre Narkiso olacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab qarşılaşması isə avqustun 11-də Bakıda keçiriləcək.



