Hamiləliyini sonlandırmaq istəyən 23 yaşlı qadın xəstəxanada öldü - YENILƏNİB


TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub: “Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.

***

Bakıda 23 yaşlı hamilə qadın dünyasını dəyişib.

AFN.az "BakuPost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu